Logo

Lisey və gimnaziyaların VI və VII siniflərinə qəbul imtahanları keçirilib

16.06.2023 12:46 462 baxış
IMG

İyunun 16-da şagird qəbulu mərkəzləşdirilmiş üsulla aparılan bir sıra lisey və gimnaziyaların VI və VII siniflərinə qəbul imtahanları keçirilib.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, imtahanlar Bakı və Sumqayıt şəhərləri ilə yanaşı bir sıra bölgələrdə, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərləri və Ağdaş, Ağstafa, Lənkəran, Biləsuvar, Şəmkir, Quba, Şamaxı, Qobustan, Oğuz rayonlarında, ümumilikdə 35 mərkəzdə təşkil edilib.

Şagirdlər 21 iyun tarixindən etibarən sy.edu.az platforması üzərindən şəxsi kabinetlərindən nəticələrini əldə edə və müvafiq keçid balını toplayacaqları təqdirdə lisey/gimnaziya seçimi edə bilərlər.

Xəbər lenti