Logo

"Sentyabrın 15-dən uşaqlarımızı məktəbə yollamağımızın mənfi nəticələrini görürük"

16.06.2023 11:18 1134 baxış
IMG

"Ölkəmizdə sovet dönəmində tədris ili sentyabrın 1-dən hesablanırdı və bu, çox uğurlu seçim idi".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, tədris planları, məktəb proqramlarının daha yaxşı mənimsənilməsində dərslərin ayın əvvəli başlaması çox kömək edirdi':

"Amma biz neçə tədris ilidir ki, sentyabrın 15-dən uşaqlarımızı məktəbə yollayırıq. Bunun ancaq və ancaq mənfi nəticələrini görürük. Şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli lazımsız materialların sıxışdırılması yolu ilə həll etmək olar".

Kənan Nağıbəyli

Xəbər lenti