Logo

“B1 Preliminary for Schools” və “A2 Key for Schools” imtahanları keçirilib

16.06.2023 10:38 195 baxış
IMG

İyunun 15-də Dövlət İmtahan Mərkəzində məktəblilər üçün Kembricin kompüter əsaslı “B1 Preliminary for Schools” və “A2 Key for Schools” imtahanları keçirilib.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

Hər iki imtahanın oxu, yazı və dinləmə blokları kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilib. İmtahanda ümumilikdə 8 nəfər iştirak edib. İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.

Növbəti Cambridge Kembric İmtahanlarının tarixləri haqqında məlumat əldə etmək və Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/activities/exams/cambridxge-in-ngilis-dili-zr-kvalifikasiyalar/

Xəbər lenti