Logo

Təhsil eksperti: "İstənilən halda sertifikasiya labüddür"

15.06.2023 12:48 341 baxış
IMG

"Bağça və internat müəllimlərinin sertifikatlaşması hələ 2013-cü ildə qəbul edilmiş “Təhsilin inkişafı üzrə dövlət strategiyası”nda öz əksini tapmışdı".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elşən Qafarov deyib.

Ekspert bildirib ki, bunun nəticəsində 2022-ci ildə ortaümum məktəblərdə müəllimlərin sertifikatlaşması prosesi baş tutdu:

"Bu, məktəbəqədər təhsil müəssisələrində bir qədər çətindir. Çünki orada çalışan təqribən 17 minə yaxın işçinin 6 mini ya bu ixtisasa uyğun deyil, ya da təhsili yoxdur. İstənilən halda sertifikasiya labüddür. Düşünürəm ki, yaxın gələcəkdə bu prosesə başlanılacaq, bu da normaldır”.

Xəbər lenti