Logo

"Azərbaycan təhsilinin ən böyük bəlalarından biri repetitorluqdur"

14.06.2023 22:18 309 baxış
IMG

"Azərbaycan təhsilinin ən böyük bəlalarından biri də kütləvi hal almış repetitorluq bəlasıdır. Bunu dərk etmək çətin iş deyil".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti İlham Əhmədov deyib.

Onun sözlərinə görə,  Elm və Təhsil Nazirliyinin rəhbərliyi bu bəlaya qarşı mübarizə aparmaq əvəzinə bunu müdafiə edir, "repetitorluq dünyanın çox ölkələrində var" kimi təhsil nazirinə yaraşmayan bəhanə gətirir:

"Distant təhsil də dünyanın çox ölkəsində var, bəs bizdə niyə yoxdur?  Bu təhsil texnologiyasının  ölkəmizdə qadağan edilməsi səbəbi ilə universitetlərimiz, tələbələrimiz, ümumən təhsil  sistemimiz çox ziyan görür, bu bağışlanmaz bir səhvdir. Repetitorluğa öz fəaliyyətsizliyi ilə dəstək verən nazirliyin rəhbərliyindən soruşmaq istəyirəm: "Təhsil Qanunu"nda da rəsmi qeyd edilən distant təhsilə qeyri-rəsmi qadağa qoyduğunuz halda, kölgə təhsili olan, ölkə təhsilini iflic edən repetitorluğu müdafiə etməyə sizi hansı maraqlar vadar edir? Hər halda bu milli maraq deyil".

Kənan Nağıbəyli

Xəbər lenti