Logo

Məktəb direktoru: "Məzunlarımızın bir neçəsi artıq tələbə adını qazanıblar"

14.06.2023 15:13 1168 baxış
IMG

"Bu gün məktəbimizi 121 nəfər XI sinif şagirdi bitirərək məzun olur".

Bunu "Tehsil.biz"ə açıqlamasında paytaxtın 193 nömrəli tam orta məktəbinin direktoru Nihal Hacıyeva deyib.

O, artıq məzunların bir hissəsinin tələbə adını qazandığını bildirib:

"Kifayət qədər yüksək nəticə göstərən şagirdlərimiz, uğurlarımız var. Qeyd edim ki, artıq bur neçə şagirdimizə xarici universitetlərdən qəbul təklifi gəlib və onlar ən yaxşılarını dəyərləndirirlər. Bu ilki şagirdlərimizi digər illərdəki şagirdlərdən səciyyələndirən ən əsas  xüsusiyyət isə onların ulu öndərə həsr olunmuş ildə məzun olmalarıdır. Düşünürəm ki, bu, onlar üçün xüsusi bir göstəricidir".

Mərcanə Əsədova

Xəbər lenti