Logo

MEDİA fərdi jurnalist müsabiqəsi elan edib - FOTO

14.06.2023 12:22 289 baxış
IMG

Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan edib.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən jurnalist anlayışı ilə əhatə olunan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilməlidir.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 jurnalist və 2 operator qalib elan olunacaq və mükafatlandırılacaq.

Xəbər lenti