Logo

45 nömrəli məktəbin direktoru: "20-dən çox məzunumuz imtahanlarda 500-700 arası bal toplayıb"

14.06.2023 11:17 3059 baxış
IMG

"Bu gün 45 nömrəli məktəbdə çox möhtəşəm bir günü qeyd edirik".

Bunu "Tehsil.biz"ə açıqlamasında Bakı şəhər 45 nömrəli tam orta məktəbin direktoru Talıbova Pərvanə deyib.

Məktəb direktoru artıq üç aydır ki, bu məktəbə rəhbərlik etdiyini qeyd edib:

"Nə xoş mənə ki, XXI əsrin təhsil əsri elan olunduğu bir əsrdə və 2023-cü ilin ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunduğu bir zaman kəsişməsində 45 saylı məktəbin rəhbəri kimi ilk "Son zəng"i qeyd edirəm. Bu il 112 məzunumuzu yola salırıq. Bundan həm şadıq, həm də onlardan ayrıldığımız üçün, onlardan ötrü darıxacağımız üçün üzgünük".

Talıbova Pərvanə məktəbin uğurlarından söz açıb:

"20-dən çox məzunumuz imtahanlarda 500-700 arası bal toplayıb. Ən yüksək nəticəmiz isə 660 baldır. Nəzərə alsaq ki, hələ l və IV qrupların nəticələri elan olunmayıb, bir çox şagirdimizdən də yüksək nəticə gözləyə bilərik. Şagirdlərimizi, məzunlarımızı bu gözəl gün münasibətilə səmimi qəlbdən təbrik edirəm, onlara uğurlar arzulayıram".

Mərcanə Əsədova

Xəbər lenti