Logo

MDU-da seminar: “Dövlət qulluğunun əsas üstünlükləri” - FOTO

13.06.2023 22:36 292 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Dövlət qulluğunun əsas üstünlükləri” mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyət sektorunun aparıcı mütəxəssisi Adil Məmmədli və “Compstudy” Tədris Mərkəzinin təlimçisi Elçin Mirzəyevin təqdimatında keçirilən seminarda MDU-nun bir qrup tələbə və magistrantı iştirak edib.

Seminarda müvafiq qanunvericiliyə əsasən dövlət qulluğu ilə bağlı tətbiq edilən  əsas anlayışlar, dövlət qulluğunun prinsipləri, növləri və təsnifatı, dövlət qulluqçusunun məsuliyyəti, əsas hüquqları və vəzifələri, dövlət qulluğuna qəbul və digər məsələlər barədə məlumat verilib və təqdim edilən suallar ətraflı cavablandırılıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti