Logo

"Qəzetləri sırıyırsınız müəllimlərə, buna görə maaşlarından tutulur"

13.06.2023 20:10 404 baxış
IMG

"Kimsə hansısa qəzet üçün büdcədən 1,5 milyon manat pul ayrılmasını istəyib. Xeyir ola? İndi qəzet oxuyan var?"

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndiyev bildirib.

O qeyd edib ki, millət bütün məlumatları ancaq internet üzərindən əldə edir:

"Qəzetləri də sırıyırsınız icra işçilərinə, nə bilim müəllimlərə və onların əməkhaqlarından buna görə də pul tutulur. Bəsdir də dövlət büdcəsini öz şəxsi maraqlarınız üçün çapıb taladınız. Əl çəkin də bu sevdadan. Biri qəzet adı ilə, o biri qrant layihə adı ilə, bir başqası yol təmiri adı ilə ödədiyimiz vergiləri büdcədən oğurlamağa can atır. Bir dəfə çıxıb deyin ki, gəlin Azərbaycan ailələrinə birdəfəlik 500-1000 manat məbləğində yardım edək", - ekspert əlavə edib.

Qeyd edək ki, deputat Bəxtiyar Sadıqov Milli Məclisin iclasında “Azərbaycan” qəzetinə sistemli pul ayrılmasa, qəzetin fəaliyyətini dayandıracağını bildirib. Deputat hər il qəzet üçün ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı göstərilməli olduğunu, əks təqdirdə çapın dayanacağını qeyd edib.

Kənan Nağıbəyli

Xəbər lenti