Logo

Dövlət Qulluğu Məcəlləsi layihəsinin müzakirəsi ilə bağlı işçi qrupunun iclası olub

13.06.2023 19:23 231 baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 6.1-ci bəndinə əsasən 2023-cü ildə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin qəbul edilməsi nəzərdə tutulub.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Məcəllə layihəsinin təkmilləşdirilməsi, layihəyə dair təqdim edilmiş rəy və təkliflərin müzakirə edilməsi məqsədilə müvafiq dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.

İşçi qrupunun ilk iclası 7 iyun 2023-cü il  tarixində keçirilmiş, iclas 9 iyun 2023-cü il tarixində “Zoom” proqramı vasitəsilə onlayn formada davam etdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndələrinin iştirak etdiyi görüşün keçirilməsində əsas məqsəd Dövlət Qulluğu Məcəlləsinin layihəsinə dair təqdim edilmiş rəy və təkliflərin geniş müzakirəsi olmuşdur. Müvafiq təkliflər nəzərə alınmaqla təkmilləşdirilmiş Dövlət Qulluğu Məcəlləsi layihəsinin yaxın günlərdə aidiyyəti üzrə yuxarı dövlət orqanına təqdim edilməsi nəzərdə tutulub.

Xəbər lenti