Logo

Direktorların işə qəbulu müsabiqəsində kimlər iştirak edə bilər?

13.06.2023 16:29 532 baxış
IMG

Direktorların işə qəbulu müsabiqəsində pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Tehsil.biz xəbər verir ki, direktorların işə qəbulu dörd mərhələdən ibarət müsabiqə yolu ilə keçirilir.

Həmin mərhələlər elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmədən ibarətdir.

Kənan Nağıbəyli

Xəbər lenti