Logo

Bir şəxs neçə dəfə magistr təhsili ala bilər?

12.06.2023 16:42 503 baxış
IMG

Bir şəxsin neçə dəfə magistr təhsili almasına məhdudiyyət tətbiq olunmur.

Tehsil.biz xəbər verir ki, məhdudiyyət yalnız dövlət sifarişi əsasında ödənişsiz təhsil almaq hüququ ilə bağlıdır.

Vətəndaşlar təhsil səviyyələrinin hər birində dövlət sifarişi əsasında təhsil almaq hüququndan yalnız bir dəfə istifadə edə bilərlər.

Qeyd edək ki, qəbul qaydalarına əsasən, magistratura səviyyəsinə qəbul olmaq istəyən şəxslər üçün yaş məhdudiyyəti müəyyən edilməyib.

Mərcanə Əsədova

Xəbər lenti