Logo

DİM iyunun 18-də imtahan verəcək şəxslərə müraciət edib

12.06.2023 14:44 313 baxış
IMG

İyunun 18-də keçiriləcək Azərbaycan dili (dövlət dili kimi), PMS (II mərhələ) və dövlət qulluğu vəzifələrinin B növü üzrə test imtahanında iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan dili (dövlət dili kimi) imtahanında 25 may – 5 iyun tarixlərində qeydiyyatdan keçən aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər.

Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 7-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları.

Ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 7-də keçirilən imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri.

Ppeşəkar mühasib sertifikatı imtahanında (II mərhələ) iştirak edəcək namizədlər, dövlət qulluğu vəzifələrinin B növü üzrə keçiriləcək test imtahanında iştirak edəcək namizədlər. Bu abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytındakı müvafiq keçidlərə daxil olaraq çap edə bilərlər.

Qeyd edək ki, imtahanda iştirak edəcək şəxs imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, həmin şəxs imtahana buraxılmayacaq.

Xəbər lenti