Logo

BDU könüllüləri təmizlik aksiyasında - FOTO

12.06.2023 13:33 205 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə könüllüləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, “Təmiz Şəhər” ASC və BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə “Sahillər təmiz qalsın” şüarı altında keçirilən ənənəvi sahilyanı təmizlik aksiyasında iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Qeyd olunub ki, çimərlik mövsümünün açılışı ərəfəsində keçirilən və Ümumdünya Ətraf Mühit Gününə həsr olunan aksiyada könüllülər Corat çimərliyi ərazisini təmizləyib, toplanan tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

Xəbər lenti