Logo

BMU əməkdaşı İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak edib - FOTO

12.06.2023 13:08 186 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşı İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında (II LitBookFest) iştirak edib.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

Universitetinin İnsan resursları şöbəsinin mütəxəssisi Aynur Seyidova festivala "Lal gəmilər" adlı kitabı ilə qatılıb.

İyun ayının 11-nə kimi davam edən festival kitabı təbliğ etmək və kitaba olan marağı artırmaq məqsədi daşıyıb.

Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilib.

Xəbər lenti