Logo

"Müəllimlərə rüşvəti almağın yolları ilə bağlı təlimlər də keçirilsin" - TƏKLİF

12.06.2023 12:28 439 baxış
IMG

"Müəllimin bəxti heç vaxt gətirmədi də, Allahın rüşvətini alanda da biabır olur, almayanda da".

Tehsil.biz xəbər verir ki, bunu  Filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq feysbuk hesabında bildirib.

"Halbuki həmişə rüşvət alanlardan qorxurlar, qorxudan da olsa, hörmət edirlər, yalvara-yalvara verirlər. Amma biz qaragünlülər, o qədər səriştəsiz və safıq ki, bunu da bacarmırıq. Yaxşı müəllim rüşvəti elə alar ki, heç kimin ruhu da inciməsin. Hanı, haradadır yaxşı müəllim? Nənəmin bir sözü vardı. Deyirdi ki, sevilməyən gəlinin yerişi də adama tap-tap gəlir. Müəllim bu gün cəmiyyətimizin sevilməyən gəlini kimidir lap. Təklif edirəm ki, müəllimlərə rüşvəti almağın yolları ilə bağlı təlimlər də keçirilsin ki, belə hallar yaşanmasın. Yumor hissi olmayanlara bəyan edim ki, zarafat edirəm ha, bir acı zarafat oldu", - deyə Ş.Sadiq qeyd edib.

Kənan Nağıbəyli

Xəbər lenti