Logo

Məktəblərdə hədiyyə mövzusu: kimdir günahkar? - RƏY+FOTO

12.06.2023 11:44 947 baxış
IMG

"İki gündür mətbuat, saytlar, sosial şəbəkələr iki ibtidai sinif müəlliminə qızıl hədiyyə edilməsindən danışır".

Tehsil.biz xəbər verir ki, bunu təhsil üzrə ekspert Məzahir Məmmədli deyib.

O, hədiyyənin alınmasının və verilməsinin normal hal olduğunu bildirib.

"Mənə görə hədiyyəni verən də, alan da günahkardır. Harada görünüb ki, hədiyyə verəndə onu nümayış etdirəsən, bütün el aləmə car şəkəsən? Bu hədiyyə içdən gəlirsə, onu səmimi olaraq müəllimin şəxsinə təqdim etmək olmazdımı? Çəkiliş edib onu yaymaq nəyə və kimə lazım imiş? Ölkədə bir milyon 700 minə yaxın şagird təhsilin müxtəlif pillələrində təhsil alır. Təxminən 170 minə yaxın da müəllim var. Təəsüflər olsun ki, bu iki fakt bu qədər müəllim və şagirdin imicini zədələyir", - ekspert qeyd edub.

Mərcanə Əsədova

Xəbər lenti