Logo

Ali məktəbi bitirənlər diplomsuz universitet arayışı ilə dövlət qulluğu müsabiqəsində iştirak edə bilər?

12.06.2023 11:36 268 baxış
IMG

Ali təhsil müəssisəsini bitirmiş, lakin hələ diplom almamış şəxslər universitetdən arayış alıb dövlət qulluğuna qəbul üzrə müsabiqədə iştirak edə bilməzlər.

Tehsil.biz xəbər verir ki, müsabiqədə iştirak üçün qeydiyyat zamanı ali təhsil barədə diplom məlumatları tələb olunur.

Eyni zamanda test imtahanından keçmiş namizəd imtahanın nəticələri elan edildiyi gündən 10 (on) iş günü müddətində Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət formasını doldurur və bu formaya ali təhsil haqqında sənədin (diplomun) skan edilmiş surəti əlavə edilir.

Mərcanə Əsədova

Xəbər lenti