Logo

Şəxsi kabinetin parolunu unudan abituriyentlərin NƏZƏRİNƏ

12.06.2023 11:27 677 baxış
IMG

Şəxsi kabinet yaratdıqdan sonra onun parolunu unutmuş şəxslər ekabinet.dim.gov.az saytında “Giriş” bölməsinə daxil olub “Parolu unutmuşam” düyməsini sıxmaqla istifadəçi adını (Şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi elektron poçt ünvanını və ya təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edirlər.

Tehsil.biz xəbər verir ki, bundan sonra sistem tərəfindən istifadəçiyə kod göndərilir.

İstifadəçi həmin kodu müvafiq sahəyə daxil edib şəxsi kabinetə giriş üçün yeni parol təyin edir. Qeydiyyatdan keçən zaman elektron poçt ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə Dövlət İmtahan Mərkəzinə (DİM) və ya onun regional bölmələrindən birinə gəlib şəxsiyyət vəsiqəsini təqdim edərək parolu əldə edə bilərlər.

Mərcanə Əsədova

Xəbər lenti