Logo

Mütəxəssis: "Hər bir ölkədə dövlət dilində təhsil prioritetdir"

12.06.2023 11:13 242 baxış
IMG

"Məlumdur ki, hər bir ölkədə dövlət dilində təhsil prioritetdir".

Tehsil.biz xəbər verir ki, bunu Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirib.

Ekspert qeyd edib ki, bizim bir qisim şagirdlərin valideynləri isə israrla, övladları ilə rus dilində danışmasalar belə, ana dilləri rus dili olmasa belə sırf "heç olmasa rus dili bilər", ya da "rus bölməsində təhsil daha yaxşıdır" yanılqısı ilə övladlarını rus bölməsinə göndərməyə çalışır:

"Dövlət belə bir tələbə qanuni olaraq cavab verməyə borclu deyil. Çünki qanun deyir ki, təhsilin dili Azərbaycan dilidir. Azsaylı xalqlar, özəl məktəblər kimi istisnalar var. Ərz tələbi qarşılamırsa, konkurs qaçılmaz olur. İmtahan, müsahibə labüd olur. Həm də onsuz da rus bölmələri rusdilli xalqlar üçün nəzərdə tutulur, rus dilini öyrənmək istəyənlər üçün yox. Rus bölmələrində təhsil milli kurikulum əsasında, Azərbaycanda hazırlanan müəllimlərlə aparılır. Yəni dövlət müəssisəsinin Azərbaycan Rus bölmələri arasında təhsilin keyfiyyəti baxımdan bir fərq olması gözlənilən deyil. Ümumi təhsil müəssisələrində birinci sinfə qəbul əsnasında (xüsusi incəsənət məktəbləri xaric) başqa hansısa imtahanla qarşılaşan nazirliyə şikayət etməlidir".

Kənan Nağıbəyli

Xəbər lenti