Logo

Ekspert: "Müəllimlərə hədiyyə veriləndə niyə onları qınayırıq?"

12.06.2023 10:25 840 baxış
IMG

"Təhsildən, elmdən xəbərləri olmayıb yüksək vəzifədə olan şəxsləri qınamaq lazımdır".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, 200 min manat pulu şoumenlərə qrant deyə paylayanlar, dost-tanışlarını vəzifəyə təyin edib 2-3 min manat maaşı heç bir iş görmədən kabinetində vaxt keçirərək alanlar qınanmalıdır:

"Niyə 1 milyon manatı Elm və Təhsil Nazirliyi təyin etdiyi şuranın üzvlərinə peşkəş edəndə yox, müəllimə valideynlər yığılıb bir hədiyyə edəndə onu qınayırıq? Biz şərq insanlarıyıq, milli dəyərlərimiz var. Əlbəttə ki, mən rüşvətə, əsassız pul tələbinə qarşıyam. Lakin siz evdə ananıza, həyat yoldaşınıza, qızınıza hədiyyə almırsınız? Heç dost-tanışlarınızla birlikdə yığışıb restorana yemək yeməmisiniz? Biz dərs keçməyən, pul qarşılığında qiymət yazan müəllimi qınamalıyıq. Amma haqqı nahaqqa qurban verməyək".

Kənan Nağıbəyli

Xəbər lenti