“Azərbaycan mədəniyyətinin tanıdılması üçün bir çox işlər görürük".
Tehsil.biz xəbər verir ki, bunu “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov bildirib.
O, uzun müddət işğal altında qalan torpaqlarımıza artıq qayıdışın başladığını vurğulayıb.
“Azərbaycan mədəniyyətinin tanıdılması üçün bir çox işlər görürük. Mənfur düşmənin vəhşiliklərinin unudulmaması üçün kitabların nəşr olunması olduqca təqdirəlayiqdir”, - deyə N.İsmayılov qeyd edib.
Kənan Nağıbəyli