Logo

Elm və ali təhsil üzrə kommunikasiya görüşü keçirilib

11.06.2023 19:03 294 baxış
IMG

İyunun 9-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin iştirak etdiyi növbəti kommunikasiya görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə ali təhsilə əlçatanlıq və dövlət sifarişli yerlərin sayının artırılması, dövlət imtahanının ləğvi və beynəlxalq ikili diplom proqramları üzrə tələbə qəbulu əsas müzakirə mövzularından olub.

Görüşdə çıxış edən Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev növbəti tədris ilindən bəzi ixtisaslar üzrə dövlət sifarişli yerlərin sayının artırılacağını bildirib. Yaqub Piriyev qeyd edib ki, İT ixtisasları üzrə bakalavriat və magistratura səviyyələrinə qəbul olunanların 90 faizindən çoxu, eləcə də tibb ixtisasını seçən tələbələrin 90 faizindən çoxu dövlət sifarişi hesabına təhsil alacaq.

Dövlət imtahanının ləğvi məsələsinə toxunan Yaqub Piriyev vurğulayıb ki, 2023-2024-cü tədris ilindən başlayaraq məzunların 70 faizi dövlət imtahanından azad olunacaq.

Yaqub Piriyev beynəlxalq ikili diplom proqramlarından da danışıb. Bildirilib ki, yeni tədris ilində 2 yeni beynəlxalq ikili diplom proqramı üzrə tələbə qəbulu aparılacaq. Qəbul BDU ilə İsrailin Yerusəlim İbrani Universiteti və ADNSU ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında imzalanan müqavilələr çərçivəsində həyata keçiriləcək.

Daha sonra media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

Xəbər lenti