Logo

Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?

11.06.2023 18:41 271 baxış
IMG

Doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” və həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarı ilə tənzimlənir.

Tehsil.biz xəbər verir ki, doktoranturaya qəbul olmaq istəyən namizədlər xarici dildən (ingilis, alman və fransız dillərindən biri üzrə), fəlsəfədən və ixtisas fənnindən qəbul imtahanları verirlər.

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər isə yalnız xarici dildən qəbul imtahanı verirlər.

Kənan Nağıbəyli

Xəbər lenti