Logo

İsa Həbibbəylinin TÜBİTAK-ın rəhbəri ilə görüşü qardaş ölkənin mediasında işıqlandırılıb

11.06.2023 11:56 288 baxış
IMG

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII beynəlxalq konfrans çərçivəsində ölkəmizə səfər etmiş Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandalla görüşünə qardaş ölkənin mediası geniş yer verib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib 

Türkiyənin məşhur “Yeni Akit” qəzeti, eləcə də “Kafkas Haber Ajansı”, “yesiligdir”, “karabukmedya”, “tum1haber”, “guvengazetesi”, “taskoprupostasi”, “adanamasasi”, “haberiniz.com”, “aciksoz”, “hasulkuhaber”, “kastamonuguncel” və digər saytlarında ölkələrimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi və elm sahəsində də əlaqələrin genişləndiyi oxucuların diqqətinə çatdırılıb.

Xəbər lenti