Logo

Yaşı 9 və yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?

10.06.2023 20:34 724 baxış
IMG

Yaşı 9 və yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Tehsil.biz xəbər verir ki, yaşı 9 və yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az elektron sistemində qeydiyyatdan keçdikdən 
sonra 03.07.2023-cü il tarixindən yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarına müraciət etməlidir.

Mərcanə Əsədova

Xəbər lenti