Logo

Bu halda məktəb tərəfindən yerdəyişmə sorğusuna imtina verilə bilər

10.06.2023 18:15 532 baxış
IMG

Şagirdlərin elektron yerdəyişməsi zamanı tədris olunan xarici dillər uyğun olmadığı halda məktəb tərəfindən sorğuya imtina verilə bilər.

Tehsil.biz xəbər verir ki, əgər şagird ailəsi ilə birlikdə yaşayış yerini dəyişirsə və yeni köçdükləri ərazidə onun əvvəl oxuduğu məktəbdə tədris olunan xarici dil tədris olunan məktəb yoxdursa, bu halda istisna hal kimi şagirdin yerdəyişməsinə razılıq verilə bilər.

Özəl təhsil müəssisələrinə yerdəyişmə sy.edu.az portalı vasitəsilə aparılır. Valideyn sorğu 
vermək istədiyi məktəbi seçərkən səhifənin yuxarı hissəsində qeyd olunan “Özəl və ya digər 
qurumlara tabe məktəblər” bölməsini öncədən işarələməlidir.

Mərcanə Əsədova

Xəbər lenti