Logo

Ekspert xalqı tənqid etdi: "Belə gəlib, belə də gedəcək"

09.06.2023 23:35 530 baxış
IMG

"Bu xalq nə vaxt ki, Damlalara deyil kitaba, təhsilə damacaq, Nəfəslərə deyil, elmə, təhsilə nəfəs verəcək, bir sözlə, harda şəngülüm var onlara deyil, öz elmi inkişafını dəyərləndirəcək, bax o zaman da bütün sahələrdə tərəqqi görəcəyik. Əks halda elə belə gəlib, belə də gedəcək".

Tehsil.biz xəbər verir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndiyev deyib.

Ekspert sərt çıxışında bunları qeyd edib:

"Bu gün təhsilə aid paylaşım etdim, hansı ki, çox gözəl bir yenilik idi. Az qala 2010-cu ilə qədər ali məktəblərə ümumi plan yerinin sayı qədər (28000 nəfərə yaxın) məhz dövlət hesabına təhsil alacaq, insanlarımızın o paylaşıma reaksiyası 60 nəfərdən o tərəfə keçmədi. Amma "Damla 28000 manata görün nə etdi?" paylaşımı olsa, reaksiya bu qədər olmazdı. Vəziyyət çox acıncaqlıdır, xanımlar və cənablar! Artıq təhsilyönlü heç nə paylaşmaq niyyətində deyiləm. Bu qədər".

Kənan Nağıbəyli

Xəbər lenti