"Harada nizam-intizam varsa, orada təhsil var. 227 nömrəli məktəbi tanıdığım gündən həmişə bu məktəbdə nizam-intizam görmüşəm".
Tehsil.biz xəbər verir ki, bunu Əməkdar jurnalist Qərənfil Dünyaminqızı paytaxtın 227 nömrəli məktəbində keçirilən "Dostluq münasibətlərini qoruyub saxlayaq" adlı tədbirdə bildirib.
O deyib ki, güclü təhsil olan yerdə güclü inkişaf olur:
"Bir neçə dəfə mən bu məktəbin tədbirində iştirak etmişəm. İndiki tədbir də çox gözəl hazırlanıb. Hiss olunur ki, bütün kollektivin məhsulu var burada, təbii ki, başda məktəbin direktoru olmaqla. Hiss olunur ki, həm müəllim, həm şagird heyəti tədbirin gözəl alınması üçün can qoyublar. Bugünkü tədbirdə çox gözəl sərgilər hazırlanmışdı. Həmçinin həm Azərbaycan, həm də Braziliya mətbəxinə aid təamlar hazırlanmışdı. Mən əməyi keçən hər kəsə təşəkkür edirəm".
Kənan Nağıbəyli