Logo

"Dərslər 1 sentyabrda başlasın, 14 iyunda bitsin" - TƏKLİF

09.06.2023 11:23 1002 baxış
IMG

"Tədris ilinin müddətinin 36 həftəyə çatdırılması, bu məsələnin beynəlxaq təcrübəyə uyğunlaşdırılması qaçılmazdır".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elşən Qafarov bildirib.

Ekspertin fikrincə, tədris ilinin 1 sentyabrdan başlayaraq 14 iyunda bitməsi ən optimal variantdır:

"Bu zaman aktiv dərs məşğələləri 1 sentyabrdan başlayaraq 31 mayda bitməsi, 1-14 iyunda isə BSQ-lər və buraxılış imtahanlarının keçirilməsi daha məqsədə uyğun olardı. Şagirdlərin 77 günlük (15 iyun - 31 avqust) yay tətilinin ən azı 21 gününü yay düşərgələrində keçirilməsi üçün tədbirlər görmək mümkündür. Bunun üçün dağlıq və dağətəyi rayonlarda, həmçinin dənizə yaxın ərazidə yerləşən məktəblərin infrastrukturundan və yeni tikilməli olan yay düşərgələrindən istifadə oluna bilər".

Mərcanə Əsədova

Xəbər lenti