Logo

Azərbaycanlı tələbə 80 min dollarlıq təqaüd qazanıb

08.06.2023 19:17 1324 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Cavidan Əliyev ABŞ-nin iki universitetinin Doktorantura səviyyəsinə təqaüdlə qəbul olub.

Tehsil.biz xəbər verir ki, Cavidan Alabama ştatında yerləşən Auburn Universitetindən illik 80 min dollar, Pensilvaniya ştatında yerləşən Lehigh Universitetindən isə 82 min dollar dəyərində təqaüd qazanıb.

BANM tələbəsinin seçimi Lehigh Universitetidir. O, bu universitetin Kimya və Biomolekulyar mühəndislik ixtisasında doktorantura təhsili alacaq.

Xəbər lenti