Logo

Xarici diplomların Azərbaycanda tanınması qənaətbəxşdirmi? - RƏY+FOTO

08.06.2023 13:29 491 baxış
IMG

"Xaricdə təhsil alan şəxslərin diplomlarının Azərbaycanda tanınması prosesi qənaətbəxşdir".

Bunu "Tehsil.biz"ə açıqlamasında ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli deyib.

Ekspert hesab edir ki, xaricdə alınan təhsillə əldə edilmiş diplomların ölkəmizdə tanınması ilə bağlı proseslər sistem olaraq çox aydındır:

"Ümumilikdə diplomların Azərbaycanda tanınması mexanizmini müsbət qəbul edirəm. Sadəcə olaraq bəzi məqamlar var. Ölkəmizdə bu günə qədər onlayn təhsil vasitəsi ilə alınmış xarici diplomlar Azərbaycanda tanınmır, bu da narahatedici faktdır. Pandemiya dönəmində əldə olunmuş diplomların tanındığı halda indiki vəziyyətdə və ondan öncəki dönəmlərdə tanınmadı. Yəni bir pandemiya dönəmində onlayn təhsilin keyfiyyəti normal oldu, pandemiya bitdikdə isə yenə keyfiyyət aşağı düşdü. Bunu sorğulamaq lazımdır".

Kənan Nağıbəyli

Xəbər lenti