Logo

Lənkəran Dövlət Universitetində bufet niyə işləmir? - AÇIQLAMA

08.06.2023 12:50 646 baxış
IMG

Lənkəran Dövlət Universitetində (LDU) olan bufetlər fəaliyyət göstərmir.

Tehsil.biz xəbər verir ki, ali məktəbdə təhsil alan tələbələr bufetlərdən istifadə edə bilmirlər.

Məsələ ilə bağlı saytımıza açıqlama verən LDU-nun mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, yay tətilində bufetdə təmir işləri aparılacaq və yeni dərs ili üçün hazır olacaq:

"Yeni tədris ili üçün bufetin binası təmir olunduqdan sonra sahibkarlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə özləri müqavilə bağlayacaqlar. Hazırda tələbələr universitetin bufetindən istifadə edə bilmir. Tədris korpuslarının yanında kifayət qədər ticarət və iaşə obyektləri var və heç bir narahatlıq yaşanmır, həm də dərslər bitib".

Kənan Nağıbəyli

Xəbər lenti