Logo

Sumqayıt məktəblisi təhsilini beynəlxalq proqram çərçivəsində davam etdirəcək

07.06.2023 21:35 669 baxış
IMG

Azərbaycanlı məktəbli Cavadzadə Şahanə Avropa İttifaqının (AI) və Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə yaradılan "Eastern Partnership European School in Georgia" beynəlxalq məktəbinə tam təqaüdlə qəbul olaraq növbəti iki ilini "The International Baccalaureate (IB) Diploma Programme (DP)" proqramı ilə davam etdirəcək.

Tehsil.biz xəbər verir ki, Ş.Cavadzadə Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir.

Qeyd edək ki, bu təqaüd dünyada yalnız 20 nəfərə verilir.

Xəbər lenti