Logo

5-ci sinif şagirdi faciəvi şəkildə ölüb - FOTO

07.06.2023 17:33 4063 baxış
IMG

Gəncədə məktəbli vəfat edib.

"Tehsil.biz"in məlumatına görə, hadisə iyunun 6-da baş verib.

Belə ki, şəhərin 32 saylı tam orta məktəbinin 5-ci sinif şagirdi Kərimov Ümid Rauf oglu dünyasını dəyişib.

Məlumata görə, onun ölümünə pəncərədən yıxılması səbəb olub. Valideyninin evdə olmadığı zaman qardaşı ilə oynayan Ümid yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq ölüb.

Kənan Nağıbəyli

Xəbər lenti