Logo

Azərbaycanlı tələbə dünya miqyaslı qrantın qalibi oldu

07.06.2023 15:54 1439 baxış
IMG

UFAZ-ın Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Vəfa Babanlı QS 2023 reytinqinə əsasən Fransanın 1 nömrəli, dünyada isə top 26-cı yeri tutan PSL Universitetinin təklif etdiyi Ph.D. Tracks Qrantının qalibi olub.

Tehsil.biz xəbər verir ki, Ph.D. Tracks proqramı 5 illikdir, ilk 2 il magistratura təhsilini, digər 3 il isə doktorantura təhsilini təşkil edir.

Proqram tam təqaüdlüdür və Fransada və ya xaricdə dünya səviyyəli tədqiqatçı olmağı arzulayan yüksək bacarıqlı tələbələr üçün nəzərdə tutulub.

Öz təəssüratlarını bölüşən Vəfa Babanlı bildirib ki, müraciət prosesi asan deyil:

"Lazımi sənədləri göndərdikdən sonra intervyu mərhələsinə seçildim. İntervyu üçün özüm və universitet tərəfindən mənə göndərilən məqalələr biri haqqında təqdimat hazırlamalı və üzərində işləyib inkişaf etdirmək istədiyim bir proyekt təklif etməli idim. Qəbul olunmağımla bağlı xəbəri görəndə çox sevindim. Magistr təhsilimi İnteqrativ Kimya və İnnovasiya mövzusunda edəcək və ondan sonra doktorantura pilləsi ilə davam edəcəyəm. Bütün bunlarla yanaşı, UFAZ müəllim və professorlarına belə rəqabətli proqrama seçilmək üçün lazımlı biliyi verdiklərinə və ailəmə və dostlarıma dəstəklərinə görə minnətdaram".

Xəbər lenti