Logo

"Son illərdə 4 nazir dəyişib, hamısı distant təhsilə neqativ münasibətdə olub"

07.06.2023 15:29 277 baxış
IMG

"Yəqin ki, Laçında da azkomplektli məktəb açılacaq. Amma bu azkomplektli məktəb ehtimal ki, köhnə texnologiyalarla işləyəcək. Niyə Laçında (gələcəkdə digər yenidən bərpa edilən kompakt yaşayış məntəqələrində) açılacaq azkopmlektli məktəblər müasir distant təhsil texnologiyalarla işləməsin? Bütün dünyada qəbul edilən, "Təhsil Qanunu"nda da əks edilən distant təhsil niyə burada qadağan olub?"

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti İlham Əhmədov bildirib.

İ.Əhmədov qeyd edib ki, son illərdə 4 nazir dəyişib:

"Dəyişən nazirlərin hamısı distant təhsilə neqativ münasibətdə olub. Bəlkə elə ciddi səbəb var ki, biz  bilmirik, izah etsinlər. Bu suala nəhayət ki, Elm və Təhsil Nazirliyinin cavab verməsini istərdik".

Ekspert bildirib ki, qonşu ölkələrdə də azkomplektli məktəblər fəaliyyət göstərir:

"Gürcüstanda bir çox ucqar dağ kəndlərində azkomplektli məktəblər var. Bu məktəblər 10 ildir distant təhsil texnologiyaları ilə işləyirlər. Qazaxstanda artıq 15 ildir azkomplektli məktəblər distant formatda təhsil alır. Elə Rusiyada da belə məktəblərin əksəiyyətində şagirdlər distant oxuyur".

Kənan Nağıbəyli

Xəbər lenti