Logo

690 bal toplayan Mikayıl ABŞ-nin 5 universitetindən qəbul alıb

07.06.2023 11:34 2641 baxış
IMG

II ixtisas qrupu üzrə 690 bal toplayaraq hələlik ən yüksək nəticə göstərmiş Mikayıl Cəfərli ABŞ-nin 5 universitetindən qəbul alıb.

Tehsil.biz xəbər verir ki, bu haqda "Azərbaycan Universitetləri" səhifəsi məlumat paylaşıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Kürçülü kənd tam orta məktəbinin məzunu olan Mikayıl buraxılış imtahanlarında 296 balla ölkə üzrə ən yüksək nəticələrdən birini göstərib.

Tarix üzrə Respublika Olimpiadalarında 9 və 11-ci sinifdə gümüş medallar qazanan M.Cəfərli II qrup üzrə keçirilən imtahanlarda 394 balla ölkə üzrə ən yüksək nəticənin sahibidir.

IELTS və CELT-də yüksək göstəricilərinə və ümumilikdə olan nailiyyətlərinə görə ABŞ-nin 5 universitetindən qəbul alan Mikayılın seçimi illik 12.500 dollar tam təqaüdlə Miçiqan Universiteti olub. Həmin universitetdə illik təhsilhaqqını ödəməyə ailəsinin imkanı olmadığından onun digər seçimi Türkiyənin ən nüfuzlu universitetləridir.

Alternativ seçim olaraq Mikayılın Azərbaycan universitetləri arasında seçim edəcəyi universitet Bakı Ali Neft Məktəbinin biznesin idarəedilməsi ixtisası olacaq.

Xəbər lenti