Logo

BSU-nun iki fakültəsinə dekanlar seçilib

07.06.2023 10:33 324 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) iki fakültəsinə dekanlar seçilib.

Bu barədə "Tehsil.biz"ə BSU-dan bildirilib.

Qeyd olunub  ki, universitetin Tərcümə və Xarici dil müəllimliyi fakültələrinə dekan vəzifəsinə seçki keçirilib.

Seçki nəticəsində filologiya elmləri namizədi, dosent Hacıyev Kamran Əliverdi oğlu Tərcümə fakültəsinə, filologiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəmova-Ağayeva Güney Asif qızı isə Xarici dil müəllimliyi fakültəsinə dekan seçilib.

Xəbər lenti