Logo

BDU Elmi Kitabxanasından növbəti kitab bağışlama aksiyası

06.06.2023 21:00 209 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) 572 nüsxə ədəbiyyat hədiyyə edib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Kitabxananın mübadilə-ehtiyat fondundan Nərimanov rayon MKS-in filiallarında daha çox ehtiyac duyulan elmi, bədii, tədris ədəbiyyatı seçilərək təhvil verilib.

Hədiyyə olunan ədəbiyyatların içərisində BDU-nun mətbəəsində çap olunan “Bakı Universitetinin Xəbərləri” jurnalının son illərdəki buraxılışları, ayrı-ayrı fakültələrin keçirdiyi konfransların materialları, həmçinin Universitetin professor-müəllim heyətinin müəllifi olduğu dərslik və dərs vəsaitləri də yer alıb.

Xəbər lenti