Logo

Qəbul imtahanında iştirak edən 17 nəfərin nəticəsi ləğv edilib

06.06.2023 17:51 258 baxış
IMG

20-21 may 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarında iştirak etmək üçün ərizə təsdiq etmiş 45308 abituriyentdən (II qrup üzrə 23162 nəfər, III qrup üzrə 22146 nəfər) 1865 nəfəri (II qrup üzrə 1199 nəfər, III qrup üzrə 665 nəfər) imtahanda iştirak etməyib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən abituriyentlərdən 17 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Xəbər lenti