Logo

İqtisadiyyat və Humanitar Kollecdə "YUBİLEY" turniri keçirilib - FOTO

06.06.2023 14:45 198 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecin tələbələri arasında "Heydər Əliyev İli"nə həsr edilmiş "YUBİLEY" turniri təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

BDU-nun Tarix fakültəsi üzrə könüllülərinin təşkilatçılığı ilə keçirilən intellektual turnirdə komandalara Ümummilli Liderin həyat yoluna və Azərbaycan tarixinə dair suallar verilib.

Yarışın nəticələrinə görə "Xudafərin" komandası I, "Dəmir Yumruq" komandası II, "Əlincə" komandası isə III yerə layiq görülüb. Turnirdəki ən yaxşı oyunçu Diana Məmmədova sonda xüsusi sertifikatla təltif edilib.

Xəbər lenti