Logo

BDU-da “Mikayıl Müşfiq-115” adlı sərgi kitab sərgisi keçirilib

06.06.2023 14:00 265 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi münasibətilə "Mikayıl Müşfiq – 115" adlı kitab sərgisi təşkil edib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, sərgidə qısa ömür yaşamasına baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin izlər qoyan Mikayıl Müşfiqin Azərbaycan və rus dillərində nəşr olunan əsərləri, redaktoru olduğu, tərcümə etdiyi və şair haqqında yazılmış 30-a yaxın kitab yer alır. “Teleqraf telləri” (1966), “Разбитый саз” (1968), “Yenə o bağ olaydı” (1976), “Qaya” (1978), “Звени, тар” (1981), “Vuruşmalar” (1987), “Həyat sevgisi” (1988) və s. kimi kitabların nümayiş olunduğu sərgidə şairin həyat yoldaşı Dilbər Axundzadənin qələmə aldığı “Müşfiqli günlərim” (1968) kitabı oxucuların böyük marağına səbəb olub.

Sərgi həftənin sonuna qədər ziyarətçilərin üzünə açıq olacaq.

Xəbər lenti