Logo

Seçdiyi məktəbdən imtina edən müəllimləri bu cəza gözləyir - RƏSMİ

06.06.2023 13:24 2612 baxış
IMG

"Namizəd müəllimlərin işə qəbulu imtahanında topladığı bala uyğun olaraq işləmək istədiyi məktəbləri yazır. Bundan sonra onun işinin hansı məktəbdə olacağı müəyyənləşdirilir".

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

"Bəzən müəllimlər olur ki, hətta müsabiqə mərhələsində istədiyi məktəbi deyir, qəbul olduqdan sonra imtina edir. Belə hallar çox olur. Həmin müəllimlərə bizim cavabımız onların ilboyu tədrisdən kənarlaşdırılması olur", - deyə şöbə müdiri vurğulayıb.

Kənan Nağıbəyli

Xəbər lenti