Logo

Təhsil Tələbə Krediti Fondunun əməkdaşları məktəblilərlə görüşüblər - FOTO

06.06.2023 13:13 309 baxış
IMG

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil Tələbə Krediti Fondunun əməkdaşları tərəfindən Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayon ümumtəhsil məktəblərin IX və XI siniflərində təhsil alan şagirdlərlə maarifləndirici görüşlər keçirilib.

Tehsil.biz xəbər verir ki, fondun əməkdaşları tərəfindən abituriyentlərə TTKF-in fəaliyyət istiqamətləri, fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verilib. 

Sonda abituriyentlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.

Xəbər lenti