Logo

Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verəcək - TARİX

06.06.2023 12:44 2497 baxış
IMG

"Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahan 20-24 iyun tarixlərində baş tutacaq".

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin sertifikatlaşdırılması və işə qəbulu üzrə müsabiqə mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə göröə, bununla da test imtahanı başa çatacaq.

"Nəticələrdə hansısa dəyişiklik edilməsi üçün yeni imtahan nəzərdə tutulmur. Hər kəs sertifikasiya imtahanında yalnız bir dəfə iştirak edir. Əldə olunan nəticə müəllimin növbəti beş illik fəaliyyətini şərtləndirir", - şöbə müdiri qeyd edib 

Kənan Nağıbəyli

Xəbər lenti