Logo

AzTU-da yaz semestrinin imtahan sessiyası keçirilir

06.06.2023 11:48 270 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası keçirilir.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, sessiya iyulun 5-də yekunlaşacaq.

Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 7-13 iyun tarixlərini əhatə edəcək.

İmtahanlar əyani təhsil alanlar üçün şifahi və test (humanitar fənlər) üsulu ilə keçirilir. Qiyabi təhsil alan I, II, III kurslar üçün imtahanlar test, IV və V kurslar üçün isə şifahi üsulla təşkil edilib.

Şifahi imtahanların keçirilməsi üçün AzTU-da 75 imtahan otağı, test imtahanları üçün isə 8 kompüter zalı ayrılıb.

Bakalavriat səviyyəsində təhsil alan 8215, magistratura səviyyəsində isə 2468 tələbənin yaz semestrini imtahan sessiyasında iştirakı nəzərdə tutulub.

Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə iyulun 11-dən 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apellyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" fəaliyyət göstərir.  

Xəbər lenti