Logo

Sabah lisey və gimnaziyalara ərizə qəbulu yekunlaşır

06.06.2023 11:33 252 baxış
IMG

2023-2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu aparılır.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, sözügedən lisey və gimnaziyalara ərizə qəbulu https://sy.edu.az portalı üzərindən həyata keçirilir. Ərizə qəbulu prosesi iyunun 6-dək davam edəcək.

Valideyn (və ya qanuni nümayəndə) portal üzərindən şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala uyğun olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyanın seçimini aparmalıdırlar.

Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıda qeyd olunan tarixlərdə aparılacaq:

• 16 iyunda - VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün);

• 17 iyunda - VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün);

• 18 iyunda - V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün).

Xəbər lenti