Logo

Professor Nadir Məmmədlinin biblioqrafik göstəricisi çap olunub

06.06.2023 10:54 173 baxış
IMG

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədlinin həyat və yaradıcılığına, elmi və ictimai fəaliyyətinə həsr olunmuş biblioqrafik göstəricisi çap olunub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının 6 mart 2023-cü il tarixli 2 saylı qərarı ilə çap olunan biblioqrafiyanın “Ön söz”ünün müəllifi akademik Nizami Cəfərov, layihə rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli, tərtibçi və ixtisas redaktoru Sevil Zülfüqarovadır.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitab ədəbiyyatşünaslar, müəllimlər, tələbələr, dil problemi ilə maraqlanan mütəxəssislər üçün nəzərdə tutulub.

Xəbər lenti